Cümə axşamı , Aprel 25 2024
azfa

Çinin ixrac etdiyi Uyğur türklərinə aid 13 ton insan saçı ABŞ-da saxlanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin Şərqi Türküstandakı əmək düşərgələrində Uyğur türk qadınları və uşaqlarına aid olan 13 ton insan tükü ABŞ gömrüyündə saxlanılıb. Gömrük-Sərhəd Xidmətinin məlumatına görə 800 min dollar dəyərində olan bu məhsulların istehsalı insan hüquqlarının pozulması il müşayitə olunub.

Tutulan saçların Çində düşərgələrdə saxlanılan uyğur türkü qadın-qızlara aid olduğu bildirilir.

Bu həftə ələ keçirilən karqodan çıxan insan saçının Lop County Meixin adlı şirkətə məxsus olduğu üzə çıxıb.  ABŞ rəhbərliyi keçən ay Çinin Şərqi Türküstanda bu şirkət üçün potensial insan haqları pozuntularına görə sanksiya qərarı vermişdi. Təxminən dörd ildir bölgədəki bir milyon Uyğur Türk təhsili verildiyi iddia edilən düşərgələrdə saxlanılır. Rəsmi Pekin həmçinin bu düşərgələrin “separatçı terrorizmin” qarşısını almaq üçün saxlanıldığını iddia edir.

Associated Press və digər beynəlxalq xəbər agentlikləri əvvəllər Uyğur Türklərinin ideoloji tərbiyəyə məruz qaldıqları bu düşərgələrdə bəzi məşhur Amerika markaları üçün istehsal olduğunu açıqladılar. Ötən həftə Çin rəhbərliyinin müsəlman-türk azlığın əhalisinin artmasının qarşısını almaq üçün məcburi kontrasepsiya metodlarını tətbiq etdiyi irəli sürüldü. Çinli akademik Adrian Zenz tərəfindən edilən araşdırmalar, bəzi kontraseptiv üsullarla, qadınların məcburi spirallaşdırılması ilə bəzi kontraseptiv müdaxilələrin edildiyini söylədi.

Tədqiqat Sincanda (Şərqi Türküstan) əhalinin artım tempinin son illərdə kəskin şəkildə azaldığını ortaya qoydu. Uyğur türk müsəlmanlarının yaşadığı iki böyük bölgədə 2015 ilə 2018 arasında eniş nisbəti 84 faiz oldu. Bu eniş 2019-cu ildə də davam etdi. Sincan bölgəsindəki Çin rəsmiləri düşərgələrin keçən ilin dekabr ayında bağlandığını və məhbusların “məzun olduqlarını” iddia etdilər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın