Cümə , Dekabr 27 2024
azfa

Çinin Uyğur türklərini məhv etməsinə Avropada etiraz aksiyası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən oktyabr ayının 1-də Belçikanın paytaxtı Brüsseldə onlarla insan Çin hökumətinin uyğur türklərinə qarşı təzyiq və soyqırımına etiraz etdi. Müxtəlif Avropa İttifaqı ölkələrindən gələn bir çox nümayişçi Avropa Birliyi qurumları qarşısında toplaşaraq Çin əleyhinə şüarlar səsləndirdi.

Çin Uyğurları məhv edib bölgəni ələ keçirməyə çalışır

Belçika “Uyğurlar Dərnəyi Sədri İmerov Abdymutalip” deyib ki, 2016-ci ildən bu yana çinlilər Uyğurlara qarşı təzyiqləri artırıb. Ən azı 3 milyon insan düşərgələrdə yerləşir. Çinlilər buna təhsil düşərgəsi adını verir, ancaq vəziyyət elə deyil. Düşərgələr həbsxanalardan çox daha pis. Bəzi insanların anaları, ataları, ailələri bu düşərgələrdə yerləşir. Hər il təzyiqləri artırırlar, çünki, regionumuzda neft və qaz var. Yerləşdiyimiz regionu ələ keçirməyə çalışırlar. Digər tərəfdən, Uyğur türklərinin məhv edilməsi məqsədi güdülür. Öncə mədəniyyətimizə hücum etdilər, dinimizə hücum etdilər. Çində heç bir şey edə bilmərik. Oruc tutmuruq. Pivə festivalları təşkil edib kim içib içmir baxırlar. İçməyən düşərgələrə göndərirlər. Bir çox məscidi bağladılar, kitabları yandırdılar. Bir çox Çinli də Uyğurların yaşadığı bölgələrə gətirilir”. Şəklində danışdı.

Ailelerimizden məlumat almırıq

Eşi və iki uşağı ilə Hollandiyadan gələn Elşat Uyğur Avropa İttifaqının hərəkətə keçməsi lazım olduğunu ifadə etdi: “Çin hökuməti bu düşərgələrin mövcudluğunu qəbul etmək istəmir. Ancaq ən az 3 milyon Uyğur bu düşərgələrdə saxlanılır. Çin Dünyaya yalan deyir. Çin hökumətini biriləri dayandırmalı. Uyğurlara qarşı qətliam baş verir. Birləşmiş Millətlər və Avropa Birliyinin arxamızda dayanmasını və bizi dəstəkləməsini istəyirik. Bizlər hərəkətə keçilməsini istəyirik. Hər gün Uyğurlar ölür. Bütün dünyaya səsimizi çatdırmağa çalışırıq. Ana, atamdan xəbər ala, telefonla axtarmıram. Telefonlar qapalı, mətbuat deyə bir şey yox. Sosial mediadan istifadə etmək mümkün deyil”.

Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrı-seçkiliyini Aradan Qaldırılması Komitəsi, Çinə müraciət edərək, “təhsil doktrinası vermə” adına xüsusi düşərgələrdə saxlanılan Uyğur Türklərinin dərhal azadlığa buraxılmasını istəmişdi.

 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın