Çərşənbə axşamı , May 17 2022
azfa

Enrike Mora İranı azərbaycanlı alimin edam hökmünün ləğv etməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla nüvə müzakirələrində baş müzakirəçi və Avropa Birliyinin ali nümayəndəsi Enrike Mora azərbaycanlı alim Əhmədrza Cəlalinin edam qərarının ləğv edilməsini tələb edib.

Mora İran hökumətindən istəyib ki, azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünü ləğv edərək, onu sərbəst buraxsın.

Baş müzakirəçi mayın 13-də özünün tvetter səhifəsində paylaşım edərək İran-İsveç vətəndaşı olan Əhmədrza Cəlalinin edamına qarşı olduğunu və onun azadlığa buraxılmasını istəyib.

İranla nüvə müzakirələrində baş müzakirəçi Enrike Mora mayın 10-da nüvə danışıqlarının davam etdirilməsinə mane olan şərtləri müzakirə etmək üçün Tehrana səfər etmişdi.

Qeyd edək ki, Əhmədrza Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb və 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçikada da elmi-tədqiqat müəssisələrində də çalışıb.

2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub.

O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …