Cümə , Aprel 19 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İran Salar Tahir Əfşarı məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə ermənipərəst İran rejimi azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı son müdafiə çıxışını etmək üçün məhkəməyə çağırıb.

Azərbaycanlı fəal özü bu barədə deyib ki, bununla bağlı çağırış ona elektron formada göndərilib.

Çağırış vərəqəsində məhkəmə iclasının vaxtı dekabrın 14-ü, fəala qarşı irəli sürülmüş ittihamlar isə “Sistem qarşı təbliğat” və “Qeyri-qanuni aksiyalar keçirməyə cəhd” qeyd edilib. Görünür Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləmək Xamenei rejimi üçün İrana qarşı təbliğat və qeyri-qanuni aksiyalar keçirməyə cəhd anlamına gəlir.

Qeyd edək ki, Salar Tahir Əfşar iyulun 16-da rejimin Urmiyadakı ETTELAAT İdarəsinə çağırılmışdı. Orda o həbs edilərək həmin şəhərin zindanına aparılmışdı.

Həmçinin iyulun 27-də Güney Azərbaycanın əksər şəhərlərində Ermənistanın Quzey Azərbaycan ərazisinə Tovuzdan hərbi təcavüzünə etiraz olaraq aksiyalar keçirilmişdi. Həmin etiraz aksiyalarından əvvəl və sonra İran rejiminin təhlükəsizlik qüvvələri çox sayda azərbaycanlı milli fəalı yaxalamışdı.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın