Cümə , Sentyabr 20 2024
azfa

Ermənilər Azərbaycanın Cəbrayıl rayonunda azərbaycanlıların qəbirlərini məhv ediblər – video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni işğalından azad olunan Azərbaycan ərazilərindən yayılan videolara baxdıqca, adam dəhşətə gəlir. Videolardan görünür ki, erməniləer işğal etdiyi Azərbaycan torpaqlarında daşı-daş üstündə qoymayıb.

Ən vəhşi mənzərə isə qəbirstanlıqlarımızın darmadağın edilməsidir. Ermənilər o qədər kinli olub ki, hətta məzarlarda yatan ölüləri də rahat buraxmayıb.

Cəbrayıl rayonununun işğaldan azad edilmiş Horovlu kəndindən çəkilmiş videogörüntünü təqdim edirik.

Dəhşətli mənzərədir. Ermənilər kənd qəbiristanlığında bütün məzarları eşərək, başdaşılarını aparmaq bir yana qalsın, cəsədələrin qalıqlarını çıxararaq təhqir edib, insan sümüklərini ətrafa yayıblar…  Bu, dünyada görünməmiş vəhşilik, murdarlıqdır.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …

Bir cavab yazın