Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Ermənilər Dərbənd xanlığına necə xəyanət ediblər

GADTB: Öz aralarında gizli məsləhətləşmələr apardılar və rus qoşunlarına kömək etdilər .

Bu gün sizə maraqlı bir hadisə haqqında məlumat verəcəyik və oxşar hallar tarixdə bir dəfədən çox olmuşdur. 1796-cı ildə Rusiya İmperiyası Qafqazı, o cümlədən Azərbaycan torpaqlarını işğal edən zaman yerli əhali arasında öz köməkçiləri var idi və onlar çox vaxt ermənilər olurdu.

“Artemiy Araratskinin həyatı (yaşadıqları) “

Çox maraqlı bir mənbəyə -erməni yazıçı-memuarist “Artemiy Araratskinin həyatı” kitabına müraciət edək. Müəllif çar qoşunlarının Azərbaycan xanlıqlarından birinin paytaxtı olan Dərbəndi necə ələ keçirdiyini (sonradan I Pavel geri qaytaracaqdı), burada o, şəhərin adi sakinləri olan, lakin şəhərin ələ keçirilməsində imperiyaya kömək edən ermənilərin rolundan bəhs edib:

“Eyni zamanda baş komandan qoşunlara Terek çayında düşərgəyə toplaşmağı əmr edəndə, mən də Q.S-nin əmri ilə çadırımla oraya getdim və onu hazırladım. Bu nurlu İsanın dirildiyi gündə idi. Kilsəyə getməyi belə bacarmadım və orucumu çox pis pozdum. Çərşənbə axşamı qoşunlar Dərbəndə aparan yola çıxdılar . Bu yolda Göysu çayını keçməkdə çətinlik çəkdilər. Ancaq bu zəhmətlər üçün qoşunlarımız, Tarxu şəhərində -haradan ki 1 mayda Dərbəndə – kifayət qədər əyləndilər və iki əsas fars qülləsi və ya batareyalarının yerləşdiyi Dərbənd qalasının qarşısındakı dağın yaxınlığında düşərgə saldılar. Bura düşərgə üçün çox xoş və əlverişlidir, nəhayət köhnə qəbiristanlığın olduğu yüksəkliklərə yerləşdik. Bir az dincəldikdən sonra baş komandan Şıx-Əlixanın yanına adam göndərdi ki, bəyannamədə də göstərildiyi kimi qan tökülmədən xanlığın ona təslim olmasını bildirsin. Lakin xan şəhəri təslim etməyə razı olmadı və üstəlik, onu möhkəmləndirməyə başladı. Qalalardan başqa, şəhərin xaricində batareyalar mənasını verən, farsca “burjama” adlanan istehkamlar düzəldilmişdi.

Əvvəlcə batareya və ya burjamaya hücum etmək lazım idi. Döyüşlərə hər an yaxın olmaq və hər şeyi yaxından izləmək qərarına gəldim; bunun üçün Q.S -nin atlarını digərləri ilə tarlada qoyaraq, keşikçi kazaklardan onlara baxmalarını istədim. Təhlükəsizlik üçün öz müşahidələrimi xəndəkdən apardım və düşərgəmizdən uçan bombalara baxmaq mənimçün, yeni və bu günə qədər mənə məlum olmayan hal kimi fövqəladə həzz verirdi. V.A. Zubovun öz qoşunu ilə Dərbəndə gəlməmişdən əvvəl kazak generalı Savelyev kiçik bir korpusla birlikdə bir neçə ay idi ki ordaydı. Ancaq çox sayda qoşun gəldikdən sonra Dərbənddə yaşayan yüzə yaxın varlı erməni, rus bəyanatlarının boşa çıxmayacağını və şəhərin gec-tez alınacağını görərək özlərini fəlakətdən xilas etmək, rusların şəhəri qan tökmədən ələ keçirmələri üçün dərhal öz aralarında gizli məsləhətləşmələr apardılar və rus qoşunlarına kömək etdilər . Bunun üçün qoçaq bir ermənini gecə vaxtı iplə qalanın arxasına endirdilər ki, qalanın atəş etmənin faydalı olacağı yerini və qalanın arxasında yerləşən açarın yerini müəyyənləşdirsin , hansı ki , o, qala və bütün şəhəri su ilə təmin edir və başqa bir tərəfə aparılsa vətəndaşlar demək olar ki, bir gün belə yaşaya bilməzlər . Həmin erməni sağ-salamat rus düşərgəsinə gəlib çatdı və qrafa təqdim olunduqdan sonra, təmsilçiliyinin məqsədini tərcüməçi vasitəsi ilə ona bildirdi. “/ensaz

Həmçinin yoxlayın

“Traxtur”un uduzdurulmasından ürəyi dayanan “Traxtur” tərəfdarı torpağa tapşırılıb

GADTB: “Traktor” komandası ilə İsfahanın “Zob Ahan” komandaları arasında keçirilən oyun zamanı insult keçirən və …

İran XİN: “Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin bərpası üçün hazırlıq görülüb”

GADTB: Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani jurnalistlərlə keçiridiyi mətbuat konfransında Azərbaycanın …

Bir cavab yazın