Çərşənbə , May 14 2025
azfa

Ermənistan Azərbaycanın Daşkəsən bölgəsini atəşə tutdu, yanğın baş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

Yanğın 5 hektardan çox ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.

Xatırladaq ki, düşmənin bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndindəki meşəlik ərazidə yanğın olub.

Həmçinin yoxlayın

İran AEBA-nı uranın zənginləşdirilməsi səviyyəsini 93%-ə çatdırmaqla hədələyib

GADTB: İran AEBA-nı uranın zənginləşdirilməsi səviyyəsini 93%-ə çatdırmaqla hədələyib. İran AEBA-nı anti-İran siyasətini davam etdirəcəyi …

Güney Azərbaycanda 200 min xalçaçı işini itirib

GADTB: Şərqi Azərbaycan əyalətində xalça ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və …

Bir cavab yazın