Çərşənbə axşamı , May 26 2026
azfa

Ermənistan parlamenti qarşısında tələbələrlə polis arasında qarşıdurma olub

GADTB-nin mətbuat mərkəzinin “APA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb. Məlumata görə, parlament binasına tərəfinə irəliləyən etirazçılar yolu bağlayıblar.

İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. Polis əməkdaşları onları hadisə yerindən uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər və nəticədə toqquşma baş verib.

Qeyd edək ki, son günlərdə Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvi tələbələrin ciddi etirazına səbəb olub və onların etiraz aksiyası davam edir.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …