Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Meysəm Himmətzadə mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi milli fəal Meysəm Himmətzadə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb

Bazərqan şəhərindən olan azərbaycanlı milli- mədəni fəal Meysəm Himmətzadə 7 oktyabrda 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal sentyabrın 27-də Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərlə bağlı ermənipərəst İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

10 gün həbsdə qaldığı müddət ərzində rejimin ETTELAAT İdarəsinin əməkdaşları ona ailəsi ilə 1 dəfə belə telefon əlaqəsi yaratmağa icazə verməyiblər.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Keçən həftə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın