Bazar , Oktyabr 18 2026
azfa

Erməni alim ermənilərin tarixinin saxta olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış erməni alim-tədqiqatçı Filip Ekozyans erməni xalqına müraciətində səsləndirərək deyib: Mənim videolarımı bloklamaq üçün bütün resurslarınızı istifadə edirsiz. Düzünü, həqiqəti faktlarla sizə göstərdiyim üçün, sizin illərdir beyninizə yeridilmiş mifləri dağıtdığım üçün mənə qarşı hücumlar edirsiz. Boynunuzdakı xaltanı çıxarmağa qorxurxuz.

“Mənim erməni xalqım, ayılın. Sizə həmişə, tarix boyu deyiblər ki, guya qonşularınız sizin düşmənlərinizdir, guya onların torpaqları da sizindir, guya sizi həmişə əzmək, qovmaq istəyiblər. Sizin əcdadlarınız bu düşüncə ilə yaşayıb, siz də bu fikirlərlə yaşamağa davam edirsiz.

Mənim kanalımdan məhz “ermənilərin qovulması” çarxı silindi. Bir qrup erməni bunun üçün çox çalışıbmış. Mənim videolaramı pozdurmaqla, bloklamaqla nəyə nail olacaqsız? Mən deyə bilərəm – sizin uşaqlara yenə də axmaqlar dərs deyəcək, dırnaqarası tarixçiləriniz isə saxta, feyk kitablar yazacaq.

Siz artıq anlamalısız ki, sizin dövlətçiliyiniz saxtalıq üzərində qurulub. Sizin kökünüzdə yalan durub. Siz bunu anlasanız, hazırda qəhrəman kimi gördüyünüz ideallarınızdan zəhləniz gedər”, – deyə o qeyd edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …