Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Erməni işğalından azad edilmiş Ağdamın Sarıcalı kəndində kütləvi məzarlıq aşkarlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası Ağdamda insan qalıqlarının tanınması və yeni məzarların aşkar edilməsi istiqamətində işlərə başlayıb

Azərbaycanın Ermənistanın işğalından azad etdiyi Ağdamın Sarıcalı kəndində kütləvi məzarlıq aşkarlanıb.

Bölgədə aparılan minatəmizləmə əməliyyatları zamanı 4 nəfərin sümükləri və hərbi nəqliyyat vasitəsinin hissələri aşkar edilib. Həmin şəxslərin Birinci Qarabağ Müharibəsində həlak olan Azərbaycan əsgərlərinə və ya mülki şəxslərə aid olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası Ağdamda insan qalıqlarının tanınması və yeni məzarların aşkar edilməsi istiqamətində işlərə başlayıb.

Rəsmi məlumatlara görə, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ Müharibəsində 3890 Azərbaycan əsgəri və mülki şəxs həlak olub.

  Azərbaycan Ermənistanla danışıqlarda daim itkin düşənlər məsələsini gündəmə gətirir və bu insanların taleyinə aydınlıq gətirilməsini tələb edir.

  Bundan əvvəl işğaldan azad edilmiş ərazilərdə 7 kütləvi məzarlıq aşkar olunub.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …