Cümə , Noyabr 27 2026
azfa

Erməni rasistlərinin İrəvanda etiraz aksiyaları yenidən başladı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrəvanda rasist təfəkkürlü müxalifətin etiraz aksiyaları yenidən başlayıb. Polis yolu bağlamağa çalışan etirazçılara güc tətbiq edir.

Etirazçılar “Türksüz Ermənistan”, “Nikolsuz Ermənistan”, “Satqın, get” şüarları səsləndirirlər.

Komitas prospektində xüsusi təyinatlılar itaətsizlik aksiyası iştirakçılarına yolu təmizləmək üçün 5 dəqiqə vaxt veriblər.

Şəhərin digər yerlərində də aksiyalar davam edir. Baqramyan prospekti, Xancyan küçəsi bağlanıb.

Baqramyan prospektində polis güc tətbiq edərək yolun hərəkət hissəsini boşaltmağa başlayıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Rza Rəhimpur Hərqlan saxlanılıb

GADTB: Əcəbşirli, Azərşəhr (Tufarqan) sakini olan azərbaycanlı fəal Rza İbrahimpur Hərqlan saxlanılıb. Bu mədəni fəal …

Molla rejimin həbs etdiyi Əli Baqirinin taleyi barədə məlumat verilmir

GADTB: Şəbistərin Nadarlı kəndindən olan gənc Əli Baqiri noyabrın 26-da təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb. …