Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Ermənilər Güney Azərbaycan qorxusundan söz açdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələri və sərhədçiləri Ermənistanın təhlükəsizliyini təmin etməkdə mühüm rol oynayırlar. Bunu Ermənistanın Müdafiə naziri David Tonoyan deyib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya yaxınlaşması Cənubi Qafqazda formalaşmış status-kvo məntiqindən irəli gəlir:

“Ermənistan Cənubi Qafqazda Rusiyanın əsas strateji tərəfdaşıdır. Rusiya Ermənistana Azərbaycanla hərbi balansın qorunmasında kömək edir”.

Tonoyanın fikirlərini şərh edən erməni politoloq Aşot Sərkisyan isə hesab edir ki, Rusiyadan İrəvana verilən bu hərbi dəstək həm də Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərinin qorunması ilə bağlıdır:

“Ermənistan bölgədə təcrid edilmiş vəziyyətdədir. Türkiyə-Azərbaycan tandeminə qarşı Ermənistan-Rusiya yaxınlaşması ən yaxşı seçimdir. Çünki Suriya, İraq və Kiprdə hərbi cəhətdən möhkəmlənən Türkiyə Ermənistana da hərbi müdaxilə edə bilər.

Buna görə də, real vəziyyətə baxsaq, Ermənistanın Rusiya ilə strateji və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdən başqa alternativi yoxdur. Rusiya Ermənistanın təhlükəsizliyini və xalqının fiziki varlığını təmin edən bir ölkədir”.

Aşot Sərkisyan qeyd edir ki, İran sərhədləri də Ermənistana təhlükə yaradır:

“İranın dağılması vəziyyətində Güney Azərbaycan Azərbaycan Respublikasına birləşə bilər. Nəticədə Böyük Azərbaycan yaranacaq ki, bu vəziyyətdə Azərbaycanın qarşısını almaq mümkün olmayacaq. Hesab etmək olar ki, Rusiyanın Ermənistana önəm verməsi, bunun qarşısının alınmasına yönəlib”.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın