Cümə , Oktyabr 16 2026
azfa

Ermənilər Zəngilanı atəşə tutaraq Azərbaycan hərbçisini yaraladılar

GADTB: Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu kiçik çavuş Ramin Sübhi oğlu Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb.

Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunub, həyatı təhlükəsi yoxdur.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.

“Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”, – məlumatda qeyd olunub.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …