Cümə , Dekabr 27 2024
azfa

Ermənistan işğal dövründə Gəncəsər monastrında qanunsuz işlər aparıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan işğal zamanı Gəncəsər monastrında qanunsuz təmir-bərpa işləri aparıb.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, işğal dövründə abidə erməni vandalizminə məruz qalıb:

“Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğalçı ölkə memarlıq abidəsinin üzərində qanunsuz təmir-bərpa işləri aparılıb”.

Qeyd edək ki, Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində, dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın divarındakı yazılardan məlum olur ki, bu abidə Alban şahzadəsi Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …