Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Ermənistan sudan Azərbaycana qarşı ekoloji terror məqsədi ilə istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Azərbaycanın su resurslarının böyük hissəsi Ermənistanın işğalı altındadır. Biz Sərsəng su anbarını xüsusi qeyd etməliyik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən 22 mart tarixinin “Ümumdünya su resursları günü” elan edildiyini xatırladan H. Hacıyevin sözlərinə görə, su resurslarının effektiv şəkildə idarə olunması, insanların su ilə təmin olunması BMT tərəfindən 2030-cu illərə qədər müəyyən olunmuş davamlı inkişaf məqsədlərinin vacib tərkib hissəsidir.

Azərbaycan XİN rəsmisi Ermənistan tərəfinin sudan ekoloji terror məqsədi ilə istifadə etdiyini vurğulayıb.Hacıyev qeyd edib ki, Ermənistan mənsəbi Azərbaycanda olan çayların qəsdən çirkləndirilməsini həyata keçirir: “Ermənistanın su resurslarını çirkləndirməsi və ondan terror üçün istifadə etməsi kimi qərəzli siyasətini kəskin şəkildə pisləyirik. Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət ayırmalıdır”.

 

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın