GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil, Qəzvin, Zəncan, Qoşaçay, Xoy, Salmas və s. şəhərlərində keçirilən etirazlarda onlarla azərbaycanlı fəal yaxalanıb.
Keçirilən etirazlar zamanı onlarla fəalın saxlandığı bildirilir. Lakin irqçi rejim tərəfindən internet kəsildiyinə və aksiyaların geniş vüsət aldığına görə saxlanılan etirazçıların kimliyini müəyyənləşdirmək mümkün olmayıb. yaxalananlardan hələlik bəzilərinin adı müəyyənləşdirilib. Azərbaycanlı fəal Qaffar Rzaiyan Zəncandan, Fəraz Novruzi Təbrizdən, Tövhid Xadimi və Əhməd Abedi Qoşaçaydan yaxalanıb. xoy şəhərində də bir azərbaycanlı fəalın yaxalandığı bildirilir. Lakin onun adı hələlik məlum deyildir.