Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı vəkil tibbi yardımdan məhrum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı vəkil tibbi yardımdan məhrum edib.

Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi yenidən lazımi tibbi yardımdan məhrum edilib. Bildirilib ki, Tahir Nəqəvi həbsxana paltarı və qandal taxmaqdan imtina etdiyi üçün həbsxana rəhbərliyi onun xəstəxanaya göndərilməsinə icazə verməyib.

Məlumata görə, həbsxana həkimi azərbaycanlı vəkilin xüsusi müalicəyə ehtiyacı olduğunu və zindandan kənarda tibb mərkəzlərinə göndərilməsini vacib hesab etsə də, Tahir Nəqəvinin xəstənaya göndərilməsinə süni maneələr yaradılır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …