Cümə , Oktyabr 16 2026
azfa

Azərbaycanlı milli-mədəni fəal məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan Azərbaycanlı milli-mədəni fəal və Azərbaycan rəqsi müəllimi Peyman İbrahimi Dinvər rejimin Təbrizdə məhkəmə qərarlarının icrası bölməsinə çağırılıb.

Məhkəmənin həmin bölməsindən göndərilən çağırış məktubunda o, Azərbaycan rəqsi təlim etməklə “ictimai əxlaqa və cəmiyyətin tərbiyə qaydalarına zidd” hərəkət etməkdə günahlandırılıb.

Fəala göndərilən çağırış məktubunda onun 5 gün ərzində məhkəməyə getməsi istənilib və əks təqdirdə məhkəməyə aparılması üçün başqa tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, Peyman İbrahimi 26 avqust 2023-cü ildə Təbrizdə həbsb edilmiş, həbs zamanı ağır şəkildə döyülmüşdü.

Azərbaycanlı milli-mədəni fəal oktyabrın 25-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …