Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Etirazların bürüdüyü İran Azərbaycanla düşmənçilikdən əl çəkmir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranın “Saednews” saytı yenə Azərbaycana qarşı məqalələr dərc edir.

Azərbaycan əleyhinə qatı mövqeyi ilə seçilən iranlı ekspert Ehsan Muvəhhedian “Saednews” saytına qərəzli müsahibə verib.

Onun iddiasına görə, əslində Türkiyə və Azərbaycan bu dəhlizi yaratmaqla İsrail və NATO-nu İranla qonşu etmək və İrana siyasi, təhlükəsizlik və iqtisadi cəhətdən təzyiq göstərmək istəyirlər.

İranda baş verən son qarışıqlıq və küçə iğtişaşları ölkənin hərbi qüvvələrin təhlükəsizlik sahəsində diqqətini çətinləşdirdiyi bir vaxtda, şimal-qərb və Cənubi Qafqaz sərhədlərində düşmən İranın Avropaya çıxışını kəsmək üçün şər planı həyata keçirməkdədir.

Sual: İran İslam Respublikasının Zəngəzur dəhlizinin tikintisinə açıq-aşkar və konkret etirazına və təhlükəli geosiyasi dəyişikliklərin baş verməsinə baxmayaraq, Azərbaycan Türkiyənin qətiyyətli dəstəyi ilə Zəngəzur dəhlizini reallaşdırmaqda davam etdirir. Ümumiyyətlə, Azərbaycan və Türkiyə sözügedən dəhlizin tikilməsinə təkid etməkdə hansı məqsədləri güdürlər?

Muvəhhedian: “Əslində, NATO-nun Turan dəhlizi və ya “saxta” Zəngəzur dəhlizinin açılmasının hədəfləri ilə bağlı bir neçə məqam var. Bu dəhliz Ermənistanda istər İran sərhədi boyunca, istərsə də sərhədyanı bölgələrdən hündür yerdə, tikilərsə, İran-Ermənistan ərazilərinin birləşdiyi yeri kəsəcək.

Həmçinin bu dəhlizin tikintisi İranın şimal və şimal-qərbdə Avropaya doğru ixrac-idxal tranzit marşrutlarının Azərbaycan və Türkiyənin nəzarətinə keçməsinə səbəb olacaq…”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …