Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Melika Qaragözlünü həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı öyrənci fəalı, “Əllamə Təbatəbayi” Universitetinin jurnalistika fakültəsinin öyrəncisi Melika Qaragözlünü Zəngan şəhərində həbs edib.

Azərbaycanlı fəalın vəkili Məhəmmədəli Kamfiruzi sosial şəbəkərlərdə müvəkkilinin oktyabrın 1-də İranın təhlükəsizlik məmurları tərəfindən yaxalandığı barədə məlumat paylaşıb.

Kamfiruzi yazıb: “Melika Qaragözlü oktyabrın 1-i gecə saatlarında 10 kişi və 1 qadın məmurun evinə hücum etməsi, qapısının sındırılması nəticəsində yaxalanıb. Fəal anası ilə qısa telefon danışığında Tehranın Evin zindanının 209-cu bölməsinə salındığını bildirib”.

Qeyd edək ki, 22 yaşlı azərbaycanlı fəal sentyabrda Tehran İnqilab Məhkəməsi tərəfindən 4 il 4 ay həbs cəzasına məhkum edilib və zindana köçürülmə barədə son qərarı gözləyirdi.

Qeyd edək ki, Melika Qaragözlü iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra İran rejiminin məmurları tərəfindən həbs edilmişdi

Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də  600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …