Bazar , Oktyabr 18 2026
azfa

Etirazlarla bağlı Ərdəbildə daha bir neçə fəal yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində son həftələr keçirilən etirazlarla bağlı yaxalanan bir sıra fəalların, o cümlədən Halə Ərşadi, İbrahim Pakdel, Rza Qurbani, Babək Həmrəng, Əmir Qazizadə və Səccad Məcidinin həbs edildiyi məlum olub.

Azərbaycanlı fəalların yaxalanmasından bir müddət keçməsinə baxmayaraq, hələ də onların vəziyyəti barədə məlumat verilmir.

Fəalların rejimin Ərdəbildəki zindanının hərbi bölməsində həbsdə saxlandığı bildirilir. Halbuki, əsgərləri cəzalandırmaq üçün həmin bölmədə saxlayırlar.

Qeyd edək ki, irqçi fars rejim son günlər etirazlarla əlaqədar çox sayda azərbaycanlı fəalı yaxalayıb. Lakin rejim interneti kəsdiyi üçün onların çoxu haqqında məlumat əldə etmək mümkün olmur.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …