Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın ETTELAAT məmurları Urmiyada tanınmış azərbaycanlı fəal Siyavuş Süleymanipuru həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT İdarəsinin məmurları oktyabrın 1-də Urmiya şəhərində yaşayan tanınmış siyasi və media fəalı Siyavuş Süleymanipuru həbs ediblər.

Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəisi, “Çiçhest News” saytının sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə  mədəni fəaliyyətinə görə rejimin ETTELAAT İdarəsinə çağırılaraq, təhdid və həbsə məruz qalıb.

Azərbaycanlı fəalın hələlik yaxalanma səbəbi və haraya aparıldığı barədə məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …