
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəncan şəhərində azərbaycanlı fəallar yeni isyifadəyə verilən və əhalinin “Ana körpüsü” adlandırdığı körpünün adını dəyişməsinə həmin körpüdən banner asmaqla etiraz ediblər.
Zəncanda irqçi fars rejimin əlaltılarının əvvəl “Gülşəhr”, sonralar isə “İmam Həsən” adlandırdıqları “Ana körpüsü”nün yeni adı ilə azərbaycanlı əhali razılaşmır. Onar həmin körpüyə türkcə “Ana körpüsü” adı verdiklərinə təkid edib və rejimin irqçi hərəkətinə etiraz olaraq körpünün üzərində “Ana körpüsü” yazılmış banner asıblar.
Körpüdən asılan “Ana körpüsü” yazılan banner isə şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Zəncanın Şəhər Şurası körpüyə yeni ad verilməsi ilə bağlı əhalinin təkliflərini qəbul etmişdi. Nəhayət ən çox təklif olunan “Ana körpüsü” adı olmuşdu. Lakin rejimin əlaltıları bu adın türkcə olmasına görə ona qarşı çıxmışdılar. Sonda isə Xamneyinin Zəncanda nümayəndəsi İmam Həsən adını təklif etmişdi. Lakin əhali öz təklifində israrlıdır.