Cümə , Oktyabr 23 2026
azfa

ABŞ neft qaçaqmalçılığında istifadə edilən “Grace 1” tankerinin tsaxlanılmasına əmr verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib.

Qərar Kolumbiya dairə məhkəməsi tərəfindən çıxarılıb.

Məhkəmə ölkənin “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, bank fırıldaqçılığı və pulların yuyulması, eləcə də terrorçuluqla bağlı olduğu üçün müsadirə haqqında qanunlarının pozulduğunu əsas gətirərək tankerin və göyərtəsində olan bütün neft məhsulun, 995 min dollar vəsaitin müsadirə olunmasına dair qərar verib.

Əminliklə ifadə olunub ki, tanker ABŞ-ın daha əvvəl terror təşkilatı elan etdiyi SEPAH-ın maraqları naminə İrandan Suriyaya neft daşıyırmış.

Xatırladaq ki, avqustun 15-də Cəbəllütariq hökuməti Avropa İttifaqının sanksiyaları haqqında qanuna uyğun olaraq “Grace1” İran tankerinin azad olunması haqqında qərar qəbul edib. Qeyd edilib ki, Cəbəllütariq hakimiyyəti tankerin azad edilməsi halında onun sonrakı istifadəsinin Avropa İttifaqının sanksiyaları altına düşməyəcəyi barədə İrandan yazılı təminat alıb.

Qeyd edək ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hakimiyyəti Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları pozmaqda ittiham edərək tankeri iyulun 4-də saxlamışdı. İşin araşdırılması çərçivəsində tankerin kapitanı, onun baş köməkçisi və ekipajın iki üzvü də saxlanılmışdı.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın