GADTB: Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyenin hərbi çəkindirmə qabiliyyətini sürətlə artırdığını bildirib.
Fəxrəddin Altun bu barədə rəsmi internet səhifəsində paylaşım edib.
Türkiyənin hərbi çəkindirmə qabiliyyətini sürətlə artırdığını deyən Fəxrəddin Altun bunun ən son nümunəsinin beşinci nəsil KAAN döyüş təyyarəsinin ilk uçuşu olduğunu qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın baxışı sayəsində Türkiyenin daxili layihələrlə müdafiə sahəsində daha özünə inamlı gələcəyə doğru irəlilədiyini vurğulayan Altun deyib: “Biz düşmənlərimizin qarşısını ala və dünya üzrə müttəfiqlərimizin və tərəfdaşlarımızın təhlükəsizliyinə daha güclü töhfə verə biləcəyik. Biz son 20 ildə bir çox ilklərə imza atmışıq, hava, dəniz və quru imkanlarımızda əhəmiyyətli irəliləyişlər əldə etmişik”.
Fəxrəddin Altun Türkiyenin bölgədə sülh və sabitlik üçün mübarizə aparan bir dövlət olaraq milli müdafiə sənayesinin inkişafı üçün lazımi imkanları təmin etməyə davam etdiyini bildirib.