GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən avqust ayının 3-də gecə yarılarına qədər İran adlanan ərazidə bir çox şəhərdə rejimə qarşı etirazlar və küçə yürüşü davam edib.
Əhali Tehran, Kərəcin Gövhərdəşti, Vəraminin Gərçəkinin Ziba şəhri, Həmədan, Qəhdərican, Məşhəd, Şahinşəhr, Kərəcin İştihard bölgəsi və s. şəhərlərdə rejimə qarşı etirazlar keçirilib.
Etirazçılar “rədd olsun diktator”, “Rədd olsun Xamnei” və s. şüarlar səsləndiriblər.