Şənbə , Aprel 18 2026
azfa

Fars rejiminin ayrıseçkilik siyasətinin nəticəsi: Sərəskəndi şəhərində işsizlik 24 faizi keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejiminin ayrıseçkilik siyasəti nəticəsində Sərəskəndi (Həştrud şəhərində) şəhərində işsizlik 24 faizi keçib. İrqçi fars rejimi müstəmləkəçi siyasətlə yüksək potensiala malik olan Güney Azərbaycanı mərhrum və yoxsul bölgəyə çevirib. Nəticə də əhali öz şəhər və kəndlərini tərk etmək məcburiyyətindədir.

Güney Azərbaycanın Sərəskəndi (Həştrud şəhərində) şəhərinin İcra Hakimiyyəti başçısı Əmin Əminian şəhərin idarəçilik şurasının iclasında bu məsələyə etiraf edərək, deyib ki, Sərəskəndidə işsizlik səviyyəsi 24.23 faizə çatıb. Statistik məlumatlara görə, bu şəhər vilayətdə ən çox köçə məruz qalan şəhərdir.”

Sərəskəndi (Həştrud şəhərində) şəhərinin İcra Hakimiyyəti başçısı Əmin Əminian deyib: “Rəsmi məlumatlara əsasən, 2011-2016-cı illərdə  əhalinin artım səviyyəsi mənfi 1.23 faiz olub. Bu əsasən mühacirətlə bağlı olan məsələdir. Həştrud, Şərqi Azərbaycanda ən çox köçə məruz qalan şəhərdir. Lakin bu şəhərə baxılarsa, onu ağır iqtisadi vəziyyətdən qurtarmaq mümkün olar”.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycana ögey münasibətlə bu bölgəni xarabaya çevirməyi və azərbaycanlı gəncləri fars bölgələrinə çəkib farslaşdırmağı qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın