Cümə axşamı , Oktyabr 29 2026
azfa

İstanbulun su altında qalacağı iddia edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, elm adamları qlobal dəniz səviyyəsindəki artımın son 25 ildə daha da sürətləndiyi barədə xəbərdarlıq edib.

ABŞ-ın Kolorado Universitetinin, Cənubi Florida Universitetinin və Old Dominion Universitetinin alimləri qlobal dəniz səviyyəsinin 1990-cı illərdə ortalama 2,5 millimetr, bu gün isə 3,4 millimetr yüksəldiyini bildiriblər.

Qlobal istiləşmənin dəniz səviyyəsinin artım sürətinə iki fərqli yöndə təsir etdiyi vurğulanıb. Atmosfer və dəniz suyundakı istiləşmə bir yandan su səviyyələrini nisbi olaraq yüksəldərkən digər yandan da Antarktika və Qrenlandiya kimi iri buz kütlələrinin əriməsini sürətləndirərək su miqdarını artırır.

Alimlərin fikrincə, 2100-cü ildə İstanbul da daxil olmaqla, dünyadakı bir çox məşhur şəhəri ya tamamilə, ya da qismən sular altında qalma təhlükəsi gözləyir.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın