Cümə , Aprel 19 2024
azfa

“FIFA səsimizi eşit” kampaniyası Twitter-də onminlərlə tviti keçib

GADTB-nin Mətbuat Mərkəzinin Amerikanın səsinə istinadən yaydığı məlumata görə, Güney Azərbaycan türklərinin populyar futbol komandası Traxtur və Tehranın Perspolis komandası arasındakı matçda Perspolis tərəfdarları tərəfindən türklərə səsləndirilən təhqiramiz şüarlara reaksiya olaraq başladılan “FIFA səsimizi eşit” kampaniyası Twitter-də 18 min Twitti aşıb.

Tehranın Azadi stadionunda yanvarın 26-da Traxtur-Persepolis matçında Persepolis azarkeşləri tərəfindən türklərə qarşı səsləndirilən şüarlar “Eşşək-Eşşək”, “Ər ər səsi gəlmir türkün səsi çıxmır” kimi aşağılayıcı şüarlardanibarət olub.

Twitter kampaniyasının fəallarından olan Milad Balesini öz Facebook səhifəsində yazıb ki, “Türklər irqçi hərəkətə etiraz olaraq 19 fevral çərşənbə günü “FIFA səsimizi eşit” adlı anti-irqçilik kampaniyası başlatdılar və bütün irqçiliyə qarşı olanları bununla mübarizəyə dəvət etdilər. Twitter-dəki anti-irqçilik kampaniyasının təşkilatçıları #fifa_hear_our_voice (FIFA səsimizi eşit) çağıraraq səhnəyə çıxdılar.”

Trendsmap (https://www.trendsmap.com/) saytının statistikasına görə, “FIFA səsimizi eşit” kampaniyasına qatılanlar 18 mindən çox Twitt paylaşıblar. AFC və FİFA federasiyalarının rəsmi İnstagram hesabının şərh bölməsində istifadəçilər tərəfindən türkcə və İngiliscə irqçiliyi qınayan hashtag məzmunu ilə 30 mindən çox şərh dərc ediblər.

Sabiq siyasi məhbus Səid Mətinpur Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları və Vətəndaşlıq Komissiyasının bəyanat xəbərini paylaşaraq yazıb ki, “İranda İrqçiliyə qarşı qanunların qəbul edilməsinə ümid etmək olarmı?”

Milad Balesini Twitt-də yazıb ki, “Futbol oyunları bir matçdan və idmandan daha çox olmalıdır. Ora dostluq mesajı göndərmək üçün bir yerdir. Ancaq İranda futbol oyunları türklərə qarşı irqçiliyi yayacaq bir yerə çevrilib. Bu irqçiliyə FIFA və AFC son qoymalıdır.”

FiFA-ya etiraz bildirənlər İran futbul federasiyasının bu mövzüda bir addım atacağına ümid etmədiklərini bildirirlər.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın