Çərşənbə , Oktyabr 21 2026
azfa

Forbes: Türkiyə döyüş təyyarələri ilə bağlı Çin və Koreyaya üz tuta bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə F-16 döyüş təyyarələri ilə bağlı tələbinin ABŞ tərəfindən rədd ediləcəyi təqdirdə Çin və ya Cənubi Koreyaya müraciət edə bilər.

Bu barədə ABŞ-ın “Forbes” jurnalı məlumat yayıb.

Xəbərdə Türkiyənin sözügedən istiqamətdə seçimlərinin məhdud olduğu bildirilib. Səbəb olaraq isə Türkiyəyə tətbiq edilən sanksiyalar və ikili standartlar göstərilib. İngiltərənin Suriyada keçirilən antiterror əməliyyatlarına görə Türkiyəyə tətbiq etdiyi sanksiyalar bunlara örnək göstərilib, digər tərəfdən isə Fransanın Yunanıstana “Rafale” qırıcı təyyarələri satması xatırladılıb.

Eyni zamanda Türkiyə Müdafiə Nazirliyinin Rusiyadan S-400 almaq qərarına görə ağır bədəl ödədiyi və Türkiyənin ən az 10 il beşinci nəsil döyüş təyyarəsinə sahib ola bilməyəcəyi bildirilib.

Həmçinin yoxlayın

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam …

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …