Bazar , Noyabr 15 2026
azfa

Fransa Suriyada erməni ordusu qurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Suriyanın Hasekə bölgəsində erməni könüllülərindən ibarət kiçik ordu birliyi yaradıb.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy bu barədə edib:

“Bu erməni ordusu ilk olaraq 45 nəfərdən ibarət heyətlə quruldu və “Kalaşnikov” avtomatları və 4 ədəd tankla təchiz edildi. Ordunu ASO və Türkiyə hərbçilərinin təmas xətti yaxınlığında qurulması da onların niyyətindən xəbər verir. Yaxın vaxtlarda onların sayının 100-ə çatdırılacağı bildirilir. Hələlik heç bir fəaliyyətə qatılmayan erməni ordusunun təlimləri PKK-ya aid düşərgələrdə keçirilir. Ordu 2019-cu ilin aprelin 24-də qurulan və PKK-ya bağlı olan “Nubar Ozanyan” adlı erməni alayına qatılacağı məlumatını da almışıq”.

Gülbəy Hasekə bölgəsində Fransanın 200 hərbçisinin olduğunu deyib:

“Fransa Suriyadakı fəaliyyətini PKK-nın işğal etdiyi bölgələrdə yerləşdirdiyi 200 hərbçi ilə davam etdirir. Hasekənin cənubundakı Mesakin Cibse, Ömər neft quyuları, Ət-Tanek neft quyuları və Rakkanın şimalındakı şəkər fabrikləri Fransa hərbçilərinin olduğu yerdədir. Bu məsələdə ölkəmiz vacib addımlar atmalı və 2019-cu ildən bəri böyüdülmək istənilən erməni terror təşkilatı ASALA zehniyyətli bu qurumlara müdaxilə etməlidir”.

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …

Bir cavab yazın