Cümə axşamı , Aprel 25 2024
azfa

Gəncəli Kirakos və onun alban dilində yazdığı əsəri

Alban və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Kirakos Gəncəli 1201-ci ildə Gəncədə anadan olub. Erməni mənbələrində bəzən “Kirakos Qandzakasi”, bəzən alban olması səbəbindən “Şərqli” (Aravelsi), bəzən Nor-Getik monastırında yaşamasından dolayı “Gedikli” (Qetesi), bəzən də sadəcə “vardapet Kirakos” adlanırılan, türkdilli alban mənbələrində

isə adı yalnız “Vartabed Giraqos” kimi çəkilən Kirakos Gəncəli 1272-ci ildə vəfat etmişdir. Mxitar Qoşun şagirdi Vanağanın şagirdi olan bu şəxs özündən sonra çox zəngin bir irs qoymuşdur. Fəqət onların çoxu dövrümüzədək orijinalının dilində deyil, xarici dillərə tərcümədə gəlib çatmışdır. Əldə olan yeganə tamhəcmli orijinal, yəni anadilli əsəri özünün tərtib etdiyi dini məzmunlu “Xosdovanitiun” (Tövbə duası) əsəridir. Kirakosun özünün yazdığına görə, o, müəllimi Vanağan və Vanağanın digər şagirdləri ilə birlikdə tatarlara əsir düşmüş və əsir olduğu dövrdə, əsirlikdən qaçana qədər tatar bəylərindən birinin

mirzəsi və katibi olmuşdur. Bu fakt albanların dilinin hansı dil olduğunu göstərən ən gözəl faktlardan biridir. Görünür, albanların öz dillərini həm də tatar dili adlandərmasının səbəblərindən biri dəeyni dildə danışmaları olub. Məlumat üçün bildirək ki, tatar dili də

qıpçaq dillərinə aid edilir. Hərçənd ki, onlar rəsmi dil kimi uyğur türkcəsindən istifadə etmişlər. Çingiz xanın dövrümüzədək ulaşan şeirləri də məhz uyğur türkcəsindədir. Tatar xanlarının əldə olan məktub və fərmanları da həmin dildədir. Fəridə Məmmədova alban ədəbiyyatının və tarixşünaslığının bu görkəmli nümayəndsi haqqında yazır:

“Alban ədəbiyyatnın digər nümayəndəsi Kirakos Gəncəlidir… Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil almış, ömrünün böyük hissəsini orada keçirmişdir”. Kirakosun sevimli oxucularımıza tərcüməsiz təqdim etdiyimiz “Tövbə duası” əsəri Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 №-li əlyazmadan dərlənmişdir. Eyni əsər Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 №-li və 545 №-li, eləcə də Vensiyada saxlanılan 1126N-li əlyazmalarında da yer almaqdadır. Venesiya variantında eyni mətn “Ögüt Giraqos vartabedninq” başlığı altında keçir.

       GİRAGOS VARDAPEDNİNQ TÜZGƏNİ

       “ÖGÜT GİRAGOS VARDAPEDNİNQ Kİ,

          NE TÜRLÜ KERƏK XOSDOVANEL

                  BOLMA YAZIXLARDAN”

Tiyəsidir kristanlarğa, ne çaxta barma kləsə xosdovanutiunğa, uç türlü nemə esinə keltirməx kerək. 

Əvəl munı: «Bu xosdovanutiunnu ki, aytırmen, Tenqrininq alnınadır da kahananınq, da bu kahana xaysın ki baylasa munda, baylıdır köktə Tenqrininq alnına, da xaysın ki çeşsə munda, çeşövlüdür köktəTenqrininq alnına, ne türlü ki Biyimiz Krisdos buyuruptпr».

Da ekinci, asrı xonarhlıx bilə tüşməx kerək kahananınq alnına yüzü üstünə, zera yazıxnınq xılınmaxı öktəmliktir u poşmanlıx da xosdovanutiun xonarhlıxtır, ne türlü ki anarag oğul atasına meğağa keldi u tamğaçı dacarda boşatlıx taptılar Tenqridən.

Da üçünci, esinə keltirgəy ol künnü ki, ne kün xosdovanel boluptur əvəldən u sağışlağay ki, neçə vaxttır, yıl mıdır, yarımmıdır, bir ay mıdır, yarım mıdır, da neçə ki esə, barça yazıxların sağışlağay, da başlap ol kündən aytkay birərbirər, kecəmi yoluxuptur, yoxsa kündüz, da aytkay künün də, yıxkün mi edi, yoxsa ulukün mi edi, oruc mi edi, da aytkay yerin də yazıxnınq, ari mi yer edi, yoxsa aruvsuz, da aytkay yazıxnınq oxşaşın ki, ol yazıxka kendi mi səbəp boldu, yoxsa özgə.

Da xaçan barsa din atanınq alnına, üç kezcundur xoyğay Ata Oğul Ari Cannınq atına, andan sonqra, çöküp, başı açıx, kahananınq alnına xosdovanel bolğay yaş bilə, neçik Tenqrigə, da ol boşatkay garkınınq buyruxu bilə, necik Tenqri.

Da aytkay əvəldən surp Lusavoriçninq uğajpardinininq tavanutiunun surp arakellərninq qanonkundan, xaysı ki bu türlüdür.

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …