Cümə , Noyabr 20 2026
azfa

İsrail İrana qarşı hərbi variantı nəzərdən keçirdiyini elan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail atom danışıqları uğursuz nəticələnərsə, İranın nüvə obyektlərinə  qarşı hərbi varianta yönələ bilər.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Qeyd edək ki, İsrail bir müddət 9ncə BƏƏ, Bəhreyn və Amerika ilə birlikdə hərbi təlimlər (manovr) keçirmişdi. Həmin təlimlərin məqsədinin İrana ciddi xəbərdarlıq etmək olduğu deyilirdi.

İsrail atom danışıqlarının uğursuzluğa düçar olması durumunda müttəfiqlərinin İrana qarşı hərbi varianta əl atmayacağından narahatdır. Buna görə də İsrail bir müddət öncə ordusunu İranla mümkün müharibəyə hazırlamaq üçün 1.5 milyard dollar ayırıb.

Həmçinin yoxlayın

Mustafa Cəmilov: Krım Muxtar Respublikasının yaradılması üçün Ukraynanın razılığı ilə hazırlıq işləri başa çatıb

GADTB: Krım tatar türklərinin milli lideri Mustafa Cəmilov “Krım Muxtar Respublikasının” yaradılması üçün hazırlıq işlərinin …

İki təyyarədaşıyan gəmi və 12-dən çox hərbi gəmi ilə İrana qarşı təzyiq və dəniz blokadası davam edir

GADTB: Corc Vaşinqton təyyarədaşıyan gəmisinin Yaxın Şərqdən çıxmasına baxmayaraq, ABŞ iki təyyarədaşıyan gəmi və 12-dən …