Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

“G7” qrupu İranı Ukrayna təyyarəsini vurduğuna görə cavab verməli olduğunu bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 28-də “Böyük yeddilik” (G7) dövlətlər qrupu Almaniyada keçirilən 3 günlük toplantının sonunda İranla bağlı çağırış edib. Sözügedən qrup İranın 752 saylı Ukrayna təyyarəsinin vurulması ilə bağlı cavab verməsinin vacibliyini vurğulayıb.

“Biz Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 saylı təyyarənin qanunsuz vurulmasına görə İranı məsuliyyətə cəlb etmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik”, – deyə “G7” qrupunun bəyanatında qeyd olunur.

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH-ın iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışmış, lakin beynəlxalq təzyiqlər qarşısında təyyarənin SEPAH tərəfindən vurulduğunu qəbul etməyə məcbur olmuşdu.

Ontario Ali Məhkəməsi isə ötən ilin aprel ayından etibarən Ukrayna sərnişin təyyarəsinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qəsdən vurulduğuna və bunun terror aktı hesab edildiyinə qərar verib.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …