Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Dohada İranın nüvə proqramı ilə bağlı danışıqlar irəliləyiş olmadan başa çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla Amerikanın Qətərin paytaxtı Dohada atom anlaşmasının bərpası üçün dolayı yolla apardıqları danışıqlar heç bir irəliləyiş olmadan başa çatıb.

Bu barədə analitik yazılar və xəbərlər dərc edən “Axios” saytı adını çəkmədiyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.

O bildirib ki, danışıqlarda İran tərəfinin tələsmədiyi, əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələləri yenidən gündəmə gətirdiyi və yeni məsələlər irəli sürmələri kimi hallar müşahidə olunub.

Amerikalı rəsmi sonda qeyd edib ki, aylardır ki, razılaşmanın bərpası İranın qəbul etməli olduğu yekun qərara görə yubanır.

Qeyd etmək lazımdır ki, İran Xarici İslat Nazirliyi bu gün yaydığı məlumatda müzakirələrin nəticəsiz qalmasını təkzib edərək danışıqların davam etdiyini iddia etmişdi.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …