GADTB başqanı Əjdər bəy Tağızadənin “AXC TV”-də “İranın Azərbaycana olan nifrətinin səbəbi nədir?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “AXC TV”-də “İranın Azərbaycana olan nifrətinin səbəbi nədir?” mövzusunda çıxış edib.

Qeyd edək ki, AXC TV-nin baş redaktoru, politoloq Niyaməddin Orduxanlının aparıcı olduğu “Həftənin yekunu” proqramının canlı efirinin bu dəfəki qonağı ” Güney Azərbaycan İstiqlalçılar Birliyinin başqanı Əjdər Tağızadə olub.

Verlişdə  son günlər İranın təsirində olan media orqanlarında Ermənistanla birləşib Azərbaycana hərbi təxribatlar törədəcəkləri ilə bağlı yayılan məlumatların səbəbləri, İranın Azərbaycana apardığı düşmənçiliyin əsas səbəbləri, Cənubi Azərbaycanda yaşayan 40 milyonluq dövlətinin müstəqiliyə qovuşması, Azərbaycan dövlətinin  Xoy şəhərində zəlzələdən əziyyət çəkənlərə humanitar yardım göstərməsinə İranın imtina etməsinin səbəbləri və digər məsələlər müzakirə olunub.

Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz:

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …