Çərşənbə axşamı , Yanvar 19 2021
azfa

GADTB başqanı Əjdər Tağızadənin Türkiyədə Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı

GADTB: 29 Oktyabr Türkiyə Cümhuriyyət günüdür. Bu il Atatürkün elan etdiyi Cümhuriyyət günündən 97 il keçir. Milyonlarlarla türkün qanı bahası yaranan Cümhuriyyət Bayramı bəşəri tarixin ən ağır sınaqlarından keçmiş bir milli zəfərdir. Bütün dünyanın düşmən çabalarına qarşı yeni Türkiyənin yaranması insan iradəsini ortaya qoymuş oldu. Böyük Atatürkün öndərliyində cümhuriyyıtin elan olunması böyük dayanışmanın, gərgin dirənişin ən aydın örnəyidir.

GADTB olaraq bu böyük bayram münasibətilə Türkiyəni və bütün Türk dünyasını təbrik edirik. Eyni zamanda Qarabağımızın tezliklə azad olması ilə belə gözəl Cümhuriyyət bayramının Güney Azərbaycana da qismət olması və Güney Azərbaycanın müstəqillik qazanmasını arzu edirik.

Türkiyənin hər bir türkün dövləti olduğu kimi Türkiyənin Cümhuriyyət Günü də hər bir türk üçün əzizdir. Cümhuriyyət bayramınız qutlu olsun!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı

Həmçinin yoxlayın

Azərbaycan Heyrana birləşən Hirkandakı yanğının söndürülməsinə təyyarə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş …

Güney Azərbaycan tarixi abidələrinin məhvinə çalışan İran mənimsədikləri İraqdakı tarixi abidəni bərpa edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda tarixi abidələrin məhvinə çalışan İran rejimi …

Bir cavab yazın