GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “arb24 TV”-də “İran Qərbin qəzəbinə tuş gəldi: Tehran hökümətini sərt cəza gözləyir” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında İran adlanan yerdə etirazların davam etməsi, molla rejiminin bir tərəfdən dinc etirazçıları güllələyib, digər tərəfdən isə heç bir günahı olmayan dinc etirazçıları edam etməsi və bunun isə dünyada böyük etirazlara səbəb olması, molla rerjiminin əsas qorxusunun Azərbaycandan olması, molla rejiminin Azərbaycana qarşı düşmənçiliyinin davam etməsi, Güney Azərbaycanın isə əsas məqsədinin müstəqillik olması və s. məsələləri danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: