Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin Fransanın Azərbaycanın ərazi bütövlüyünə qarşı planlaşdırdığı qəsdlə bağlı bildirişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Fransanın Azərbaycanın ərazi bütövlüyünə qarşı planlaşdırdığı qəsd və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülmüş erməni separatçılarını tanıma planı ilə bağlı xəbərdarlıq və etiraz bildirişi yayıb.

Bəyanatın bir hissəsində bildirilir ki, Putinin son çıxışında Dağlıq Qarabağın heç bir ölkə tərəfindən tanınmamasına toxunması Fransa kimi ermənipərəst ölkələrə ilham qaynağı olmuşdur. Minsk qrupunun həmsədri kimi bitərəflik prinsipini pozan Fransa beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmiş cinayətkar erməni bandasını dövlət kimi tanımağa can atır.

Tarix boyu başqa millətlərin ərazisini işğal edib, sömürən və milyonlarla insanı soyqırıma məruz qoymuş Fransa hər zaman şər qaynağı olduğu kimi bu gün də erməni daşnaklarından daha çox erməni terrorçularını dəstəkləyir.

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) Fransanın beynəlxalq qanunlara zidd bu hərəkətinin Fransanın öz başında çatlayacağını xəbərdarlıq edərək, Korsika kimi əsarətə aldığı bölgələrin müstəqilliyinin tanınması ilə nəticələnəcəyini bildirir.

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …

Bir cavab yazın