GADTB-nin Əbülfəz Elçibəyin vəfatının ildönümü münasibətilə bildirişi

GADTB: 22 avqust Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, Bütov Azərbaycan İdeyasının banisi, böyük şəxsiyyət və Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfatının ildönümüdür.

Əbülfəz Elçibəyin Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olmuşdur. Əsasən ikiyə bölünmüş Azərbaycanın quzeyi və güneyi terminləri də bu dahi Azərbaycan şəxsiyyətinə xas terminlərdir.

Əbülfəz Elçibəyin ən əsas fərqləndirici özəlliyi tam sədaqət və səmimiyyətlə Bütov Azərbaycan İdeyasına qulluq etməsi və Güney Azərbaycanı Bütöv Azərbaycanın və Türk dünyasının birliyinin açarı kimi səciyyələndirməsi idi. “Bütöv Azərbaycanın yolu Təbrizdən keçir” şüarı ilə Güney Azərbaycanın əsarətdən qutulması ideyasını gündəmə gətirən və bu ideya ilə ilk rəsmi şəxs kimi tarixə düşən Əbülfəz Elçibəy bütün azərbaycanlıların fikir və düşüncə atası kimi hər zaman qəlblərdə yaşayacaq. Müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin davamı olaraq dövlət rəmzlərini müəyyənləşdirən, Azərbaycanın bütövləşməsi uğrunda hərəkatın istiqamətini müəyyən edən Elçibəy Azərbaycan türk millətinin əbədi lideri olaraq qalacaq.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın istiqlalı, bütöv Azərbaycanın yaranması və Türk Dünyasının birliyi və həmrəyliyi uğrunda Elçibəy yolu və ideyalarına sadiq qalaraq, bu yolu davam etdirir. İnanırıq ki, Elçibəyin ideyaları gec-tez gerçəkləşəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …