Cümə , Fevral 3 2023
azfa

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan Türk Milləti və onun vətəni Azərbaycanın bütövləşməsi uğrunda həmrəylik və birlik nəzərdə tutulur. Həmrəylik Güney Azərbaycanın müstəqilliyini bərpa edib, Bütöv Azərbaycanın yaranması və Türk Dünyası ilə birlik və bütövlüyü hədələyən böyük və amaldır.

31 Dekabr işğalçı ölkələr tərəfindən parçalanmış Azərbaycanın və Azərbaycan Türk Millətinin 1989-cu ilin sonlarında birlik, bütövlük və həmrəylik istəyinin rəmzi kimi tarixə düşmüşdür. Quzey Azərbaycanın istiqlalını bərpa etmə ərəfəsində Azərbaycan Türk Millətinin Araz çayı boyunca tikanlı məftilləri və sərhəd maneələrini dağıdaraq, həsrətdə yaşayan bacı-qardaşların görüşüb qucaqlaşması, parçalanmış Azərbaycan Türk Millətinin birləşmək istəyinin necə dərin köklərə malik olduğunu bir daha göstərmişdir. Bu isə Gülüstan və Türkmənçay müqaviləsindən yüz illər keçsə də Azərbaycan Türk Millətinin bu parçalanma ilə barışmadığını göstərir. Bu vasitə ilə Azərbaycanın Quzeyi və Güneyində yaşayan Azərbaycan Türk Milləti öz birlik və həmrəyliyini əməldə göstərdi və 31 Dekabr – Dünyada Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə düşdü.

Sözsüz ki, Azərbaycanın birliyi və bütövlüyünə əsas maneə isə Azərbaycan torpaqlarının böyük bir hissəsinin işğalda qalmasıdır. Qarabağın işğaldan azad edilməsi Azərbaycan dövləti ilə yanaşı bütün dünyada yaşayan Azərbaycan Türk Millətinin əsas amalı, məqsədi və vəzifəsi idi. Artıq erməni işğalçıların məğlub edilməsi ilə Azərbaycanın güneyinin işğaldan azad edilib müstəqilliyini bərpa etməsi əsas maneə kimi gündəmdədir. Azərbaycan türkü bilməlidir ki, Azərbaycanın böyük hissəsi olan Güney Azərbaycan tam işğaldadır. Güneyin müstəqillik qazanıb, Bütöv Azərbaycanın yaranması bu birlik bayramının gerçəkləşdiyi gün olacaq. Bu yolda böyük milli-siyasi birlik və həmrəylik tələb olunur. Müstəqil Azərbaycan dövləti də bu istiqamətdə öz iradəsini ortaya qoymaqdadır

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününü parçalanmış Azərbaycan türkünün həmrəylik və bütövləşmə prosesində çox mühüm bir hadisə kimi dəyərləndirərək, bu münasibətlə bütün Azərbaycan türklərini təbrik edir. İnanırıq ki, Güney Azərbaycanın öz müstəqilliyini bərpa etməsi və Bütöv Azərbaycanın yaranması ilə Azərbaycanın Türk Millətinin birlik və bütövlük istəyi gerçəkləşəcək. Sözsüz ki, millətimizin və vətənimizin əməldə tam bütövləşməsi uğrunda birlikdə mübarizə aparmaq hər bir Azərbaycan türkünün vəzifəsidir və GADTB bu istiqamətdə öz fəaliyyətinə davam edərək, böyük millətimizi Azərbaycanın həqiqi bütövləşməsi uğrunda səylərini birləşdirməyə və həmrəy olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi Təbrizdəki Azərbaycan konsulluğunu da hədəf alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması çağırışı edilib. …

İran Azərbaycana Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım …