GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun 24 saat müddətinə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində saxladığı erməni terrorçulara qarşı anti-terror tədbirlərindən sonra artıq erməni terrorçularının qurumu özünü ləğv etdi və Azərbaycan türklərinə qarşı terror və cinayət tördən erməni terrorçuları bir-bir Azərbaycan tərəfindən yaxalanır.
Son olaraq Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Qarabağda separatçıların keçmiş üzdəniraq “prezidenti” Araik Arutyunyanı, eləcə də keçmiş digər “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətiriliblər. Bu isə Azərbaycanın ən böyük uğurlarından biri hesab edilir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Azərbaycan Ordusunun Azərbaycan millətinə yaşatdığı bu qələbə Azərbaycan millətinin böyük sevincinə səbəb olub.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) bu möhtəşəm uğur və haqq-ədalətin öz yerini tapması münasibətilə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan dövləti və Azərbaycan Türk Millətini ürəkdən təbrik edir.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)