Cümə axşamı , İyun 30 2022
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 1 Xordad qiyamı ilə bağlı bildirişi

GADTB: Pəhləvilərin hakimiyyətə gəlməsi ilə başlayan və bu gün də davam edən işğal, assimilyasiya və irqçi fars rejiminin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda türk milləti bütün təbii haqqlarından məhrum edilib, tarixi, mədəniyyəti və dili danılıb və bu gün də bizi bir millət olaraq yox etmə siyasətini kəskin şəkildə davam etdirirlər. Lakin Güney Azərbaycanda türk milləti bu işğal və əsarətlə barışmayıb, özünün azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə davam edib. 1945-ci ildə Azərbaycanın bir hissəsində öz dövlətini bərpa edə bildi. Bu dəfə isə Şərq və Qərb blokunun birbaşa və ya dolayı yardımı ilə yenə irqçi farslar Güney Azərbaycanı işğal etdilər. Onlar Azərbaycanın böyük türk millətini faşistcəsinə kiçik qövm kimi göstərməyə çalışıb, ölkəmizi talan edərək, bütün yeraltı və yerüstü milli sərmayələrini fars bölgələrinə daşıyırlar.

Eyni zamanda bütün media imkanlarından faydalanaraq çalışmışlar ki, millətimizi cahil, geriçi və… göstərib, dil və kültürümüzə qarşı ağır təhqiredici veriliş və filmlər hazırlasınlar.

2006-cı ildə irqçi və işğalçı fars dövlətinin rəsmi orqanı olan «İran» qəzetində təhqiredici bir karıkatur ilə ən çirkin və qeyri-insani şəklidə millətimizi təhqir edib və həqiqi irqçi və faşist sifətlərini göstərərək milli varlığımızın necə yox etmək strategiyasını yayınladılar. Bu iyrənc və təhqir üsulu ilə azərbaycanlı uşaqların beyinlərini yumaq siyasəti artıq millətimizin səbir kasasını daşırdı.

Milyonlarca Azərbaycan türkü küçələrə axışaraq, “Haray-haray mən türkəm!” deyib, öz varlığına sahib çıxdıb, işğalçi fars rejimin apardığı inkar və assimilyasion siyasətini boşa çıxardılar.

Bir Xordad qiyamında millətimiz işğalçılıq, irqçilik və müstəmləkəçiliyə qarşı üsyan qaldırıb, göstərdi ki, kimsə onun mənliyini tapdalayıb, təhqir edə bilməz.  Minlərlə Azərbaycan türkü yaxalansa da, onlarca şəhid verən, yüzlərlə insanı yaralanan xalqımız bir daha dünyaya göstərdi ki, Azərbaycan türk milləti öz müstəqlliyi uğrunda mübarizəsini davam etdirməkdədir.

Güney Azərbaycanın 1 Xordad qiyamı Azərbaycan tarixində qızıl bir səhifə açdı. Artıq bu qiyam müstəqillik uğrunda mübarizəmizin mühüm bir mərhələsi kimi xatırlanır. Bu gün İran adlanan yerdə baş verən qıtlıq, səfalət, infilyasiya və qiymət artımı əhalini molla rejiminə qarşı etirzlara başlamağa vadar edir. Belə davam edərsə Güney Azərbaycanı daha bir Xordad qiyamı gözləyir. Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq xalqımızı ayıq-sayıq olmağa, irqçi fars rejiminə qarşı mübariz olmağa çağırırıq. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 1 Xordad qiyamının şəhidlərinin yolunu sədaqətlə davam edib, Güney Azərbaycanda millətimizin mübarizəsini dəstəkləyir. İnanırıq ki, Azərbaycan türk millətinin şərəfli mübarizəsi Güney Azərbaycanı müstəqilliyə və azadlığa qovuşduracaq.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qarabağ və Güney Azərbaycanda son durum” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …