Cümə axşamı , İyun 30 2022
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bilirişi

GADTB: 20 Yanvar faciəsi müasir dövrdə Azərbaycan tarixinə ümummilli hüzn günü kimi düşsə də, əslində müstəqilliyi və azadlığı uğrunda ayağa qalxmış Azərbaycan Türk Millətinin müstəmləkəçi imperiya ordusu qarşısında misilsiz qəhrəmanlıq günü kimi tarixə düşmüşdür. 20 Yanvar faciəsində rusların Azərbaycanımızın quzeyində müstəqilliyə can atan Azərbaycan Türk Millətinə divan tutduğu kimsəyə sirr deyildir. Hər zaman Türkə qarşı rus və erməni fitnəkarlığı, millətimizə qarşı böyük fəlakətlərlə nəticələnib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də Sovet-rus ordusu və tankları azadlığı üçün ayağa qalxmış əliyalın Azərbaycan Türk Millətinin üzərinə hücuma keçmişdir. Faciə zamanı Bakıda və Quzey Azərbaycanın digər bölgələrində 146 şəxs öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Lakin Azərbaycan milləti Sovet-rus ordusuna qalib gəldi.

1990-cı il yanvarın 20-də Quzey Azərbaycanda Azərbaycan Türk Milləti sübut etdi ki, əliyalın bir millət dünyanı qorxuya salan Sovet-rus imperiyası və rus qoşununa sinə gərib, qalib gələ və müstəqilliyini bərpa edə bilər. Millətimizin Quzey Azərbaycanda dünyanın iki böyük gücündən birinin tankları qarşısında dayanıb misilsiz qəhrəmanlıq göstərməsi, təkcə Quzey Azərbaycanın müstəqillik tarixində qəhrəmanlıq səhifəsi kimi tarixə düşməmiş, həm də müstəqilliyi uğrunda mübarizə aparan Güney Azərbaycana və ümumiyyətlə türk dünyasına böyük dərs olmuşdur.

Ruslar təkcə Azərbaycanın quzeyində deyil, Azərbaycanın güneyində də böyük fəlakətlərə səbəb olublar. Təkcə Urmiya, Salmas və Xoy bölgələrində 200 min Azərbaycan türkü rusların bir başa təşkilatlandırıb silahlandırdığı erməni-aysorların əli ilə 1918-ci ildə soyqırımın qurbanı oldular. Təbriz və Azərbaycanın başqa bölgələrində də yüzlərlə Azərbaycan oğlu öldürülüb, Azərbaycanın sərvətləri talanmışdır. Heç bir dövrdə rus Azərbaycan türkünə fəlakət və bədbəxçilikdən başqa heç nə verməmişdir. Günümüzdə də rusların müxtəlif bölgələrdə türk millətinə qarşı düşmənçiliyi davam edir. Azərbaycan Orusunun işğal edilmiş Azərbaycan ərazilərini işğaldan azad edərkən rusun bu müqəddəs vəzifəyə mane olduğu və bir daha sülhməramlı adı ilə yenidən Azərbaycana qarşı işğal siyasətini davam etdirdiyi göz önündədir. Bu il yanvarın əvvəllərində rus və erməni fitnəkarlığı ilə türk ölkəsi Qazaxıstanda türk millətinə qarşı törədilən soyqırım və II yanvar faciəsi bir daha rusun və erməninin hər zaman və hər yerdə türkün qanına susadığını sübut etdi.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 20 Yanvarı Quzey Azərbaycanda Azərbaycan Türk Millətinin rus işğalçılarına qarşı qəhrəmanlıq günü kimi dəyərləndirib və birliyin olduğu təqdirdə əliyalın dünyanın ən böyük güclərinə qalib gəlməyin mümkün olduğunun 20 Yanvarda sübut edildiyini bildirir. Fars imperiyasından qat-qat güclü olan rus imperiyasının tanklarının qarşısına çıxan əliyalın millətimiz göstərdi ki, demokratik yolla da işğalçıları yerində oturtmaq olar. 20 Yanvar göstərdi ki, Azərbaycanın güneyində də Azərbaycan Türk Milləti fars irqçi-müstəmləkəçi rejimin belini büküb öz müstəqilliyini əldə edəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Bakıda İranın həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakıda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara …

Ukrayna Rusiyanın 35600 hərbçisini öldürüb, 1571 tank və 3726 zirehli döyüş maşını vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 127-ci günü üçün Rusiya ordusunun itkiləri …