Abbas Lisaninin 8 il öncəki çıxışı: “Hər bir hərəkatda bir-birimini tanımaq əsas şərtdir”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda İran rejiminin həbs etdiyi azərbaycanlı siyasi məhbus Abbas Lisaninin 8 il öncəki çıxışı sosial şəbəkədə yayılıb.  

Abbas Lisani çıxışında Azərbaycan milli hərəkatında olan müxtəlif cərəyan, qrup və şəxsləri qarşılıqlı olaraq bir-birlərini tanımağa və hörmətlə yanaşmağa çağıraraq, bunun nəticəsində birliyin yaranacağını qeyd edib.

Videoda Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri olan Abbas Lisani deyib: “Bütün fəaliyyət və ictimai hərəkatlarda birlik uğurun əsas amili sayılır. Buna necə nail olmaq olar və birliyin olması üçün hansı maneələr aradan götürülməlidir?

Kimsənin başqasını özünə uyğunlaşdırmaqla birliyə nail olması mümkün deyil. Birlik üçün əsas amil fərqliliklərə dözümlü yanaşmaq və qarşılıqlı tanıma, sayğıdır. Hər hansı şəxsi təcrid etməyi, hər hansı təşkilatı aradan götürməyi düşünməməliyik”.

Abbas Lisani çıxışında bildirib ki, başqaları, hətta müxaliflər belə, olduğu kimi qəbul edilməlidir: “Tənqidlərimizi məntiqli şəkildə bildirməli və öz səliqəmizə görə fəaliyyət göstərməliyik”.

Videoda Abbas Lisani xalqın maarifləndirilməsinin əhəmiyyətinə təkid edərək deyib: “Milli mübarizənin öz qaydaları var. Milli mübarizəyə qatılanlar şəxsi maraqlarından keçməlidirlər. Belə olmadıqda, şəxsi maraqların ümumi maraqlardan üstün tutulduğu təqdirdə məğlubiyyətə uğrayacağıq. Azərbaycan milli hərəkatını şəxsi mənafelərimizlə eyniləşdirsək, onu uçuruma aparmış olacağıq”.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …