Çərşənbə axşamı , May 17 2022
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü münasibətilə bildirişi

GADTB: Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə Azərbaycan türklərinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan Türk Millətinin başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Rusiyanın himayəsi altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

 Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımları 1905-ci ildən başlayaraq tarixi Azərbaycan ərazilərində və Şərqi Anadoluda məqsədli şəkildə törədilmişdir. Azərbaycan və Türkiyə ərazisində ermənilərin türk millətinə qarşı soyqırımı törətməsinin məqsədi isə Xəzər dənizi sahillərindən Quzey və Güney Azərbaycan ərazisinin böyük hissəsini, eləcə də Şərqi Anadolunu əhatə etməklə Qara dəniz və Aralıq dənizləri sahillərinədək uzanan böyük bir ərazidə ermənilərə dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq idi. Lakin bu ərazilər Azərbaycan və Türkiyə ərazisi olduğu üçün burada yaşayan əhali də türklərdən ibarət idi. Ona görə də burada yaşayan Azərbaycan türklərini qırmaq və nəticədə demoqrafik dəyişikliyə nail olmaqla ermənilərə dövlət qurmağa real şərait yaratmağa çalışdılar. Bunun nəticəsində isə Şərqi Anadolu və Azərbaycan ərazilərində türklərə qarşı soyqırım törədildi.

1918-ci ildə baş vermiş soyqırımı isə ermənilərin türklərin yaşadığı Osmanlı dövlətinin şərq hissəsi və Bütöv Azərbaycan (Güney və Quzey Azərbaycan) ərazisində yüz minlərlə türkü soyqırıma məruz qoyması bütün bu hadisələrin ən yüksək həddi oldu. Güney Azərbaycanda hələ 1918-ci ilin fevral ayının ortalarından başlanan soyqırımı mart ayında daha kəskinləşmiş və avqust ayına qədər davam etmişdir. Quzey Azərbaycanda isə mart ayı, xüsusilə mart ayının 31-i Azərbaycan türklərinin ermənilər tərəfindən soyqırıma məruz qalmasının pik nöqtəsi hesab edilir. Soyqırımda Quzey Azərbaycanda 50 min, Güney Azərbaycanda 200 min dinc əhali həlak oldu.

Yalnız Quzey Azərbaycanda dövlətimizin müstəqil olması nəticəsində Azərbaycan türk millətinə qarşı ermənilərin törətdiyi soyqırıma hüquqi qiymət verildi və 31 Mart Azərbaycan Türklərinin Soyqırımı Günü kimi rəsmiləşdi.

Ermənilərin Azərbaycan türklərinə qarşı soyqırımı və işğal siyasətinin günümüzdə də davam etməsini nəzərə alan Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan dövləti və türk millətinin mənafeyi istiqamətində Azərbaycan türklərinin soyqırımının dünya səviyyəsində tanıdılması üçün əlindən gələni edir və Azərbaycan türk millətini də bu istiqamətdə fəal olmağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …