Cümə , Aprel 17 2026
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə təbrik mesajı

GADTB: Bu gün 9 Noyabr Azərbaycanın dövlət bayrağının yarandığı gündür. Quzeyli-güneyli Bütöv Azərbaycanın simvoluna çevrilən üç rəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə isə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu və digər Cümhuriyyət qurucularının yaratdığı bayraq, min illər boyu böyük imperatorluqlar quran Azərbaycan türkünün müasir dövrdə dünyada kimliyinin simvoluna çevrilib. Bu bayraq həm də Azərbaycanın türklüyü və bütövlüyünün ilham qaynağına çevrilib.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə quzeyli-güneyli Azərbaycan Türk Millətini, Azərbaycan dövlətini və bütün türk millətini təbrik edir. Milli bayrağımızın əbədi olmasını arzu edirik. Məhəmməd Əmin Rəsulzadə demişkən bir daha yüksələn bayraq bir daha enməz.

 

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın