Çərşənbə , Fevral 5 2025
azfa

Güney Azərbaycan Mühəqqiq Ərdəbili Universitetində Azərbaycan türkcəsi təlimi ilə bağlı banner götürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin Mühəqqiq Ərdəbili Universitetinin “Xətai” Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan Azərbaycan türkcəsi təliminin banneri gecə saatlarında əvvəlcədən xəbərdarlıq edilmədən götürülüb.

Məlumata görə, “Xətai” Mədəniyyət Mərkəzinin təlimi bir çox öyrəncinin diqqətini çəksə də, universitet rəhbərliyi seminarın keçirilməsinə qarşı çıxıb. Qeyd edək ki, universitet rəhbərliyinin sözügedən təlimin keçirilməsinə maneə yaratmasına səbəb bannerdə “Anama oxşarlığımdır, Ana dilim!” yazısı olub. Senzuraya etiraz edən tələbələr isə universitet şəhərciyində yazısı olmayan ağ pankart quraşdırıblar.

Həmçinin yoxlayın

Azərbaaycan sərnişin təyyarəsinə Rusiyada kənar müdaxilə edildiyi açıqlandı

GADTB: Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. …

Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə sənayesində əməkdaşlıq daha çox institusionallaşmış hala gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə XİN rəhbəri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində …