Çərşənbə axşamı , Yanvar 18 2022
azfa

Güney Azərbaycan və İranda müəllimlərin etiraz aksiyası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 13-də Güney Azərbaycanda və İranın bir sıra şəhərlərində müəllimlər kütləvi şəkildə etiraz aksiyası keçiriblər.

Aksiya İranda Təhsil İşçiləri Koordinasiya Şurasının növbəti çağırışı ilə yanvarın 13-ü, səhər saatlarından keçirilməyə başlayıb.

Etirazçılar müəllimlərin rütbələndirilməsi barədə qanunun tətbiqi, təqaüddə olan müəllimlərin hüquqlarının bərabərləşdirilməsi, məhbus müəllimlərin azadlığa buraxılması və əlavə sığorta hüququnun tanınması və s. tələblər irəli sürüblər.

Güney Azərbaycanın Ərdəbil, Təbriz, Əhər, Əbhər, Bicar, Kərəc, Zəngan, Həmədan, Tehran, Qum və əksər İran şəhərlərində keçirilib.

Müəllimlər sonda qəbul edilmiş qətnaməni səsləndiriblər.Müəllimlər təhsil sahəsinə olan diqqətsizlik göstərən hakimiyyətə xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik …

İranın erməni sevgisi; “Hayqaşen” şəhərciyi- Tehranın ermənilərə “xüsusi qayğısının” bariz nümunəsi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda erməni katoliklərinin Royan şəhərində yerləşən …